22 İyul 2019 21:00
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampİranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sıfır həqiqətdir. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - D.Tramp qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər