Namizədliyi Konqresi tərəfindən təsdiq edilmiş Mark Esper rəsmi olaraq ABŞ müdafiə naziri postuna təyin olunub.
Teleqraf.com xəbər verir ki, Prezident Donald Trampın iştirakı ilə Ağ Evdə yeni Pentaqon başçısının andiçmə mərasimi keçirilib.
Mark Esperin namizədliyi dünən Konqresin 90 üzvü tərəfindən təsdiq edilib, 8 senator buna etiraz edib.
Esper Körfəz müharibəsi əsnasında (1990-1991) İraqdakı hərbi əməliyyatlarda 101-ci hava-desant diviziyasının tərkibində iştirak edib. 2004-2006-cı illərdə ABŞ Konqresində Demokratlar Fraksiyasının rəhbəri Bill Fristin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub.
2010-2017-ci illərdə hərbi sənaye şirkəti “Raytheon”da hökumətlə əlaqələr departamentində sədr köməkçisi olub.
O, müdafiə naziri postunda Patrik Şanahanı əvəz edib.