26 İyul 2019 14:24
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Rusiyadan satın aldığı “S-400”lə bağlı ABŞ-ın sağlam düşüncə ilə hərəkət edəcəyinə ümid edirəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara 2020-ci ildə bu sistemlərdən fəal şəkildə istifadə etməyə başlayacaq.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutduğu bütün layihələri sona qədər həyata keçirəcək: “Bizim “F-35” layihəsindən kənarlaşdırılma təhdidləri başda olmaqla, heç bir hədə-qorxu ölkəmizin təhlükəsizliklə bağlı prioritetlərini həyata keçirməyimizə mane ola bilməyəcək. Türkiyəyə qarşı bundan artıq ədalətsizlik edilməməlidir. Təhlükəsizliklə bağlı nəyə ehtiyacımız varsa, onu da edəcəyik. Bir neçə il sonra bu sahədə Türkiyədə başqa bir mənzərə ilə qarşılaşacağıq”.

Prezident indiyə qədər “F-35” layihəsi ilə bağlı ABŞ-a 1 milyard 430 milyon dollar ödəniş etdiklərini bildirib: “ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dövründə Türkiyəyə “Patriot” satmadıqları üçün indi biz “S-400” alırıq. İndi Konqresə səslənirəm ki, biz Obamanın dövründə “Patriot” almaq istədik, vermədiniz. İndi Donald Trampın dövründə yenə buna mane olmaq istəyirsiniz. Pulumuzla alacağıq. Kim satsa, ondan alacağıq. Rusiya ilə hər cür razılaşma əldə etmişik. Siz satsanız sizdən də “Patriot” alacağıq. “F-35” vermirsiz, biz bu məsələdə də yeni tədbirlər görərik, başqa yerdən gedib alarıq. Bu istiqamətdə də fəaliyyətimiz davam edir. Biz əli-qolu bağlı durmayacağıq”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər