11 Sentyabr 2014 14:30
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Küveyt səfirliyinin əməkdaşları nəqliyyatda mübahisə etdikləri NATO-nun F-16 tipli təyyarəsinin pilotu mayor Xaqani Karakuşu döyüblər.

Pilotu maşından endirən səfirlik işçiləri onu həyat yoldaşının gözləri qarşısında küçə ortasında ölənə qədər döyüblər.

Teleqraf.com “Sözcü”yə istinadən xəbər verir ki, baş verən hadisə yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, maşında olan 4 nəfər H.Karakuşu küçə ortasında döyməyə başlayıb. Hadisəni görən vətəndaşlar olaya müdaxilə ediblər.

Vətəndaşların reaksiyasını görən səfirlik əməkdaşları hadisə yerindən uzaqlaşıblar.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər