Hondurasda danq virusundan 59 nəfər həyatını itirib, 28.849 nəfər isə virusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Hondurası sürətlə cənginə alan qorxunc virusunun yaratdığı fəsadlar tarixin ən böyük yoluxma olayı kimi tarixə düşüb.
29 min nəfərin xəstəxanaya müraciət etməsindən sonra ölkədəki 32 xəstəxanadan 26-sı tamamilə dolub.
Honduras mediasının xəbərinə görə, həyatını itirənlərin böyük əksəriyyəti uşaqlardır.
Paytaxtda təcili iclas keçirən dövlət başçısı Xuan Orlando Hermandez ağcaqanadların geniş yayıldığı və çoxaldığı ərazilərin yox edilməsi üçün səfərbərlik elan edib.