Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub.
Teleqraf.com-un məlumatına görə, son dörd gün ərzində qeydə alınmış hadisələr nəticəsində 31 mindən çox sakin fəlakət zonasında qalıb.
İki nəfərin itkin düşdüyü hesab olunur. 100-dən çox sakin təxliyə edilib.
Ümumilikdə, 1,3 hektar əkin sahəsinə ziyan dəyib, 100-dən çox yaşayış evi dağılıb.
Sinoptiklərin proqnozlarına əsasən, aramsız yağışlar iyulun 31-dək davam edəcək.