Keçən illə müqayisədə Suriyada vəziyyət daha yaxşıdır, ölkə ərazilərinin 80 faizi dövlətin nəzarəti altındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya xarici işlər naziri Valid əl-Muallim məlumat verib.
Ölkənin baş diplomatı Suriyanın şimal-qərb və şimal-şərq bölgələrində hələ də terror qruplaşmalarının fəaliyyət göstərdiyini bildirib:
“Suriya ərazilərindəki bütün terror qruplaşmalarını zərərsizləşdirmək məsələsində qərarlıyıq. Habelə Suriyada qeyri-qanuni fəaliyyət göstərən bütün xarici qüvvələrin ölkə ərazilərindən çıxarılması üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb.