1 Avqust 2019 10:15
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, Zərif İran rejiminin dünya çapında sözçüsüdür və Xameneyinin təlimatları əsasında işləyir.

İran xarici işlər naziri Cavad Zərifin adının qara siyahıya salınmasına münasibəti isə konkret olub: “ABŞ-ın mənə qarşı sanksiya tətbiqinin səbəbi dünya miqyasında İran sözçüsü olmağımdır. Həqiqət bu qədərmi acıdır? İrandan kənarda mülküm və kapitalım olmadığı üçün bu sanksiya nə mənə, nə də ailəmə təsir edəcək.

Məni nəzərlərinizdə bu qədər böyük təhdid olaraq gördüyünüz üçün təşəkkür edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər