Braziliya Prezidenti Jair Bolsonaru Fransa xarici işlər naziri Jan İvle Drianla planlaşdırılan görüşünü təxirə salaraq saçını kəsdirməyə yollanıb.
Teleqraf.com xəbər verir ki, prezident “iş cədvəlinin sıxlığı” səbəbindən fransız nazirlə öncədən nəzərdə tutulan görüşünü ləğv edib və eyni saatda sosial şəbəkədə taraş olduğunu canlı yayımla nümayiş etdirib.
Bu durum isə fransız naziri incik salıb. Braziliya hökuməti prezidentin saçını kəsdirməyə görə deyil, iş qrafikinin gərginliyi səbəbindən görüşü təxirə saldığını açıqlayıb.
Braziliya mediası bu durumun prezident Bolsonaru ilə fransız həmkarı Makron arasında münasibətlərin heç də yaxşı olmadığının göstəricisi kimi təqdim edib.