2 Avqust 2019 11:41
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hökuməti yetkin qadınlara hər hansı bir şəxsdən razılıq almadan səyahət etməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, yeni qərara əsasən artıq qadınlara ailə işlərində nəzarət haqqı tanınıb.

Rəsmi qəzetdə dərc olunan kralın fərmanlarında qeyd olunub ki, Səudiyyə Ərəbistanı pasportu onu almaq üçün müraciət edən hər bir vətəndaşa veriləcək və 21 yaşdan yuxarı şəxslərin təkbaşına səyahət etməsinə görə icazə tələb olunmur.

Eləcə də ilk dəfə olaraq qadınlara uşağın doğum haqda şəhadətnaməsini, nikaha daxil olmaq və ya boşanmaq, bir sözlə, rəsmi ailə sənədlərini almaq, habelə azyaşlı uşaqların üzərində himayə hüququ verilib.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd ibn Salman əl-Səud islahatçı lider kimi tanınır. O, daha əvvəl qadınlara avtomobil sürmək, kinoteatrlara getmək icazəsinin verilməsi ilə dünyanın diqqətini özünə cəlb etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər