2 Avqust 2019 15:52
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO S-400 sistemini hər hansı üzv dövlətin müdafiə sisteminə inteqrasiya etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə mətbuat konfransında deyib.
O, ABŞ və Rusiyanın 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Raketləri Anlaşmasından (İNF) rəsmən çıxması qərarını şərh edərək bildirib ki, NATO yeni bir silahlanma yarışı istəmir:

“İttifaq təsirli beynəlxalq silahlara nəzarət, silahlanma və onun yayılmasına qarşı mübarizədə qərarlıdır. Buna görə də silahlanmaya qarşı nəzarəti davam etdirəcəyik. NATO eyni zamanda Rusiyanın hərəkətləri imkan verdiyi müddətdə konstruktiv münasibətlər qurmağa hazırdır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər