6 Avqust 2019 12:48
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla müharibə bütün müharibələrin anası olardı.

Teleqraf.com xəbər verir ki, bu fikri İran Prezidenti Həsən Ruhani ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə səsləndirib. Çıxış İranın dövlət televiziyası ilə yayımlanıb.

“İranla sülh – istənilən sülhün anasıdır, İranla müharibə – bütün müharibələrin anasıdır. Təkrar edirəm, sülh müqabilində sülh”, – deyə Həsən Ruhani bildirib.

O, həmçinin, qeyd edib ki, ABŞ İranla danışıq istəyirsə, ilk növbədə İran əleyhinə sanksiyaları aradan qaldırmalıdır.

Qeyd edək ki, ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiya siyahısına daxil edib. ABŞ administrasiyasının yüksək vəzifəli əməkdaşı Vaşinqtonun artıq Zəriflə əlaqələri prioritet hesab etmədiyini vurğulayıb. Bildirib ki, Zəriflə əlaqə nüvə razılaşması sazişinin hazırlanması zamanı prioritet idi. İndi isə ABŞ bu sazişdən çıxıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər