6 Avqust 2019 20:53
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ordusu bundan sonra MiQ-29 qırıcılarının istifadəsindən imtina edəcək və döyüş təyyarələrinin çatışmazlığı ilə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” qəzeti yazıb.

Rəsmi məlumata görə, Polşa Silahlı Qüvvələrində 30 ədəd sovet MiQ-29 qırıcısı, 48 ədəd ABŞ F-16 təyyarəsi və 32 ədəd sovet Su-22 təyyarəsi var.

MiQ-29 qırıcılarının uçuşları 4 mart 2019-cu ildə bu təyyarələrdən birinin qəzaya uğramasından sonra dayandırılıb. Həmin vaxt pilot xilas olmağa müvəffəq olub. Ancaq keçən ilin payızında baş verən digər qəzada pilot həlak olub.

“Real ssenari gerçəkləşir. Beş aydır uçuşları qadağan olunan MiQ-29 döyüş təyyarələri daha Polşa Ordusunda xidmətə qayıtmayacaqlar”, – deyə məqalədə qeyd olunub. Nəşrin mütəxəssisləri Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29-dan imtina etmə ehtimalını 90% səviyyəsində qiymətləndiriblər.

Qəzet yazır ki, MiQ-29-u əvəz etmək üçün Polşa ABŞ-ın F-35 qırıcı təyyarələrini almaq niyyətindədir və bu istiqamətdə ABŞ-la fəal danışıqlar aparır. Buna baxmayaraq döyüş təyyarələrinin çatışmazlığı məsələsini tez bir zamanda həll etmək mümkün olmayacaq. “Vəziyyətdən sürətli çıxış yolu yoxdur, çünki yeni təyyarələr alsaq da, onların təhvil verilməsi ən azı bir neçə il çəkəcək. Daha sonra döyüş hazırlığına çatmaq üçün daha çox vaxt lazım olacaq”, – deyə nəşr qeyd edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər