Güc strukturları yenidən Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin iqamətgahına basqın etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə keçmiş dövlət başçısının qərargahından məlumat verilib.
“200-ə yaxın milis əməkdaşı yenidən hücuma keçiblər, onlar səs-küylü əl qumbaralarından istifadə edirlər. Keçmiş prezidentin tərəfdarları onlara cavab verirlər. Tərəfdarların sayı 400 nəfərə yaxındır. Onların odlu silahı yoxdur. Yalnız daş və ağacla silahlanıblar”, – deyə agentliyin həmsöhbəti bildirib.
Qərargahdan bildiriblər ki, A.Atambayevin özü hələ də iqamətgahındadır, mühafizəçilərinin və tərəfdarlarının əhatəsindədir.
KİV-də yayılan məlumatlara görə, artıq evdə yanğın başlayıb.
Eyni zamanda A.Atambayevin tərəfdarları Bişkekdəki mitinqi ləğv edərək onun iqamətgahına gedirlər.