16 Avqust 2019 14:09
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

DNT analizi üçün sadə və ucuz bir metodu kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatını almış amerikalı biokimyaçı Keri Müllis həyatının 75-ci ilində vəfat edib.

Teleqraf.com xəbər verir ki, alim Kaliforniya ştatının Nyu-Biç şəhərindəki evində ölüb.

Müllisin ölümünə səbəb pnevmoniyadan sonra yaranan ürək və tənəffüs çatışmazlığı olub.

Keri Müllis 1993-cü ildə Nobel mükafatına layiq görülüb. O, qeyri-adi dünyagörüşü və həyat tərzi ilə məşhur idi.

Nobelə layiq görülən dissertasiyasını müdafiə etdikdən sonra bir müddət elmdən ayrılmışdı.

Biokimyaçı 1998-ci ildə nəşr olunan “Ağıl sahəsindəki çılpaq rəqs” kitabında QİÇS və HİV arasındakı əlaqəni inkar etdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər