Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Eşq təsadüfləri sevər” adlı filmdə rol aldığı tərəf-müqabili Yiğit Kirazcı ilə eşq yaşadığı iddiasına cavab verib.
Teleqraf.com xəbər verir ki, milyonlarla izləyicisi olan filmin maraqla gözlənilən ikinci hissəsinin çəkilişləri davam edərkən ortaya çıxan bir iddia hər kəsi təəccübləndirib.
Baş rollarında Nəsrin Cavadzadə və Yiğit Kirazcının olduğu film meydanında dostluğun sevgiyə döndüyü iddiası ortaya atılıb.
Cazəbadar aktrisa Nəsrin Cavadzadə isə açıqlama yayaraq, bu iddianı təkzib edib: “Yalan xəbərdir, buna sadəcə gülürəm”.