19 Avqust 2019 14:23
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Çinin texnologiya nəhəngi “Huawei” ilə ölkəsinin əməkdaşlıq etmək istəmədiyini təkrarlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ hökuməti Çin şirkəti ilə imzalanan anlaşmanın müddətinin artılmayacağını açıqlamasına baxmayaraq, ABŞ Ticarət Nazirliyi müddətin uzadılacağını bildirib.

“Röyters”in yaydığı məlumata görə, “Huawei”-yə verilən müvəqqəti lisenziya 90 günlük artılacaq.

Tramp isə jurnalistlərə açıqlamasında milli təhlükəsizlik səbəbindən Çin şirkəti ilə iş görmək istəmədiyini bildirib: “Əməkdaşlığı davam etdirməyəcəyik. Onlarla işləmək istəmirəm, çünki bu, milli təhlükəsizliyə təhdiddir”.

Donald Tramp müvəqqəti lisenziyanın uzadılıb-uzadılmayacağı haqda suala cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu