Türkiyənin pop ifaçısı Sərdar Ortacın həyat yoldaşı, model Klou Launınla boşanma səbəbləri hər kəsin marağındadır.
Teleqraf.com xəbər verir ki, iddialara görə, əsas səbəblərdən biri müğənninin getdikcə inkişaf edən xəstəliyi və şans oyunlarına xüsusi önəm verməsi nəticəsində cütlüyün maddi durumunun ağır vəziyyətə düşməsidir.
Klouya Sərdar Ortac tərəfindən diqqət azalıb. Hətta müğənni həyat yoldaşına ad günündə hədiyyə belə almayıb.
Daha sonra Klounun Amerikada keçirdiyi avtoqəza boşanmaya təkan verib.
Amma müğənnin son anda boşanmamaq üçün Klou Launına 500 min türk lirəsi pul təklif edib. Qarşılığında rədd cavabı alan Sərdar Ortac bununla da qəti qərarını verib.
Boşanma qərarını Klouya qəflətən söyləyən müğənni ona mənəvi zərbə vurub.
Boşandıqdan sonra müğənninin şirkətində işini davam elətdirən məşhur model anası ilə birgə vətəni İrlandiyaya dönüb.