22 Avqust 2019 15:38
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətində Rusiya bayrağı asılıb.

Teleqraf.com xəbər verir ki, yerli sakinlər bu gün Rusiya bayrağının separatçılara məxsus bayraqla yanaşı asıldığını görüblər.

Bayraq yerli kitabxana, Xalq Şurasının binasının damında və Lenin heykəlinin olduğu əsas meydanda dalğalanıb.

Bayrağın avqustun 22-də Rusiya Dövlət Bayrağı Gününün qeyd olunması ilə əlaqədar asıldığı ehtimal edilir.


Müəllif: Leyla