ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi bəyan edib.
Sanksiyalar "Qazprom", "Qazprom Neft", "Lukoyl", "Surqutneftqaz" və "Rosneft" şirkətlərinə qarşı tətbiq edilib.