Rusiya nüvə sualtı qayıqları şimal qütbündə ballistik raket sınağı keçirib.
Teleqraf.com xəbər verir ki, “Yuri Dolqoruki” və “Tula” nüvə sualtı qayıqları Barens dənizi sularında “Sineva” və “Bulava” adlı qitələrarası ballistik raketləri uğurla sınaqdan keçirib.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “24 avqustda müharibə-təlim planına uyğun olaraq strateji sualtı qayıq “Tula”dan “Sineva” ballistik raket atışını uğurla həyata keçirilib. Digər strateji sualtı qayıq “Yuri Dolqoruki” də Bulava raketinin atışını plana uyğun formada yerinə yetirib”.
Məlumata görə, nüvə sualtı qayıqları “Sineva” və “Bulava” adlı ballistik raketlər Barens dənizindən Şimal Qütbü istiqamətində atılıb. Raketlər Kamçatkadakı hədəfləri vurub.
Hərbi analitiklər isə hesab edirlər ki, Moskvanın bu addımları ABŞ-ın son dövrlər həyata keçirdiyi müasir raket sınaqlarına bir cavabdır.