Rusiya xüsusi xidmət orqanları İŞİD üzvü olan 6 şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, Rusiya Federal Kəşfiyyat Xidməti bir neçə gün əvvəl Kaluqa şəhərində əməliyyat keçirib.
Məlumata görə saxlanılan şəxslər əvvəlcədən müşahidə edilib, onların Suriya ilə daima əlaqə qurduğu, pul toplayaraq İŞİD-ə transfer etdiyi müəyyən olunub.
Eyni zamanda bu qrupun bəzi hadisələr törətməyə hazırlıq gördüyü təsbit edilib. Bu səbəbdən də, əməliyyat həyata keçirilib və 6 şəxs saxlanılıb.
Saxlanılan şəxslərin hamısı Orta Asiyadan gələnlərdir.