24 Avqust 2019 23:30
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 il komada olan bir çinli həyat yoldaşının qayğısı nəticəsində möcüzəvi şəkildə oyanıb. Dediyi ilk cümlə isə hər kəsi mütəəssir edib.

Teleqraf.com xəbər verir ki, 2013-cü ildə motosiklet qəzasına düşən Li Zhihua xəstəxanaya çatdırılıb. Ciddi beyin zədələnməsi diaqnozu ilə o, komaya düşüb.

Həkimlər Li Zhihuanın həyat yoldaşı Zhan Guihuana ərinin oyanma şansının çox aşağı olduğunu və bunun uzun müddət davam edəcəyini söyləyib.

Zhan Guihuan isə ümidini itirməyib, 6 il komada qalan ərinin yanından ayrılmayıb. O, 2013-cü ilin avqustundan bəri əri ilə xəstəxanada gündə təxminən iyirmi saat keçirib. Zhan Guihuan əri ilə danışmaq və mahnı oxumaq vərdişinə yiyələnib. Ona körpə kimi yanaşıb və yeməyini verib.

Li Zhihua ötən il komadan ayılıb. Həyat yoldaşının onun yanında olduğunu görəndə ağzından çıxan ilk cümlə “Səni sevirəm” olub.

Həkimlər Zhan Guihuanın daim ərinin yanında olmasını və onunla söhbət etməsini xəstənin sinir sisteminə müsbət təsir etdiyini, nəticədə onun oyanmasına şərait yaratdığını bildiriblər.

Hazırda Li Zhihua tam sağalmaq üçün gündəlik fiziki terapiya keçir.

Zhan Guihuan isə həyat yoldaşına mənəvi və fiziki baxımdan köməklik edir.

Zhan Guihua mətbuata açıqlamasında deyib: “Mən ömrü boyu onun qulluğunda durmağa davam edəcəm”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər