Türkiyəli aktrisa Fəxriyyə Evcen İnstaqram hesabından izləyicilərinə yeni foto təqdim edib.
Teleqraf.com xəbər verir ki, aktrisa paylaşımına ingiliscə “kisses” (öpüşlər) yazaraq, onu tənqid edənlərə istehza ilə yanaşıb.
Bundan əvvəl, həyat yoldaşı Burak Özçivit və oğlu Karan ilə birlikdə tətilə gedən Fəxriyyə Evcenin doğumdan sonrakı halı bəzi izləyicilərinin tənqidinə səbəb olmuşdu.
Artıq çəkisi ilə diqqət çəkən aktrisaya həmkarları sosial şəbəkədə dəstək olmuşdu.