26 Avqust 2019 12:43
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Cavad Zərifin G7 sammitinin keçirildiyi toplantıya dəvət olunmasından xəbərim var idi, Prezident Makron bunun üçün mənim icazəmi istəmişdi.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində baş tutan G7 zirvəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

Dünən axşam İran xarici işlər naziri Cavad Zərifin sürpriz səfəri haqqında danışan Tramp bundan xəbəri olduğunu açıqlayıb: “Zərifin Fransaya gəlməsinə təəccüblənmədim. Makron Zərifin gələcəyini mənə bildirdi və razılığımı istədi.

Zərifin buraya gəlməsinə hörmətlə yanaşıram. Güclü bir İran istəyirəm, rejim dəyişikliyi istəmirəm. İranlıların bu şəkildə yaşamaya məcbur edilməsi qəbul oluna bilməz. Ballistik raketlər mövzusunda danışacağıq”.

Bununla belə Tramp Cavad Zəriflə ABŞ diplomatları arasında görüş olub-olmadığına dair bir açıqlama verməyib. Eyni zamanda İranın müzakirələrə qayıtması üçün neft sanksiyasını götürüb-götürməyəcəyi haqqında da nəsə deməkdən imtina edib.


Müəllif: Cavad

Oxşar xəbərlər