Türkiyədə 105 yaşlı nənə toyda rəqsiylə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Sivasın Dəmirqonaq kəndində yaşayan 105 yaşlı Səbayi Öz nəvəsinin toyunda halay oynayıb.
Bu yaşına qədər heç vaxt xəstələnmədiyini bildirən nənə 5 qız və 3 oğlu olduğunu, amma nəvələrinin sayını bilmədiyini söyləyib.