ABŞ-ın Denver şəhər həbsxanasında köməksiz doğan məhbus qadın şəhər polisinə və bələdiyyəyə qarşı məhkəmə iddiası qaldırıb.
Teleqraf.com xəbər verir ki, Diana Sançez adlı məhkum həbsxana personalının onun yardım çağırışlarına saatlarla cavab vermədiyini, bu səbəbdən uşağı soyuq yataqda və tualetin yanında dünyaya gətirdiyini bildirib.
Video görüntülərdən də qadının doğuş zamanı təkbaşına olduğu görünür.
Doğuş əsnasında Sançez ən azı 8 dəfə gözətçilərdən və tibbi personaldan yardım istəyib. Xanım bildirib ki, tibbi personal doğuşdan 15 dəqiqə sonra otağa daxil olub, uşağın göbəyini kəsdikdən sonra isə kameranı birdəfəlik tərk edib.
Şəhər polisi bəyan edib ki, faktla bağlı ciddi araşdırmalar aparılır və məsuliyyəti olan şəxslər ağır cəzalandırılacaq