Dariqa Nazarbayeva yenidən Qazaxıstan parlamentinin yuxarı palatası – Senatın sədri seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”nin Qazaxıstan parlamentində keçirilən iclası işıqlandıran müxbiri məlumat yayıb.
Səsvermə bu gün səhər keçirilib. D.Nazarbayevanın namizədliyini Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev irəli sürüb.
D.Nazarbayeva bu ilin martında dövlət başçısı vəzifəsindən istefa verən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. 2016-cı ilin sentyabr ayından parlament senatının deputatıdır və 2019-cu ilin martında palatanın spikeri seçilib.