2 Sentyabr 2019 14:00
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Parisin nüvə sazişinin icrası ilə bağlı mövqeləri yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

“Son bir neçə həftə ərzində İran və Fransa prezidentləri arasında ciddi danışıqlar aparıldı. Xoşbəxtlikdən tərəflərin bir çox məsələyə dair fikirləri yaxınlaşdı”, – deyə o bildirib.

Qeyd edək ki, avqustun 31-də iki ölkənin liderləri – Həsən Ruhani və Emmanuel Makron arasında telefon danışığı olub. İran Prezidenti söhbət zamanı sentyabr ayında Tehranda planlaşdırılan nüvə öhdəliklərinin azaldılmasına dair danışıqların üçüncü mərhələsinin uğurlu olacağını əminliyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər