Tarixdə bir çox məşhur seriya qatili öz amansız üsulları ilə psixopatiyanın “kitabını yazıb”. Baş vermiş bu gerçək olay da eşidənlərin qanını dondurur. İtaliyalı qadın Leonarda Çiançulli Hitler psixopatiyasını və pisliyini ürəyində bəsləyib böyüdən bir seriya qatili idi. Belə ki, o, qurbanlarının sümüklərindən sabun hazırlayır, ətindən keks bişirirdi.
Teleqraf.com xəbər verir ki, Leonarda Çiançulli 1893-cü ildə İtaliyanın Montella şəhərində doğulub.
Gənclik illərində iki dəfə intihara cəhd edən qadın 1914-cü ildə Raffaele Pansardi adlı bir şəxslə evlənib. Lakin valideynləri bu evliliyə görə ona etiraz edir və ona rahatlıq vermirdi. Hətta bu səbəbdən Çiançulli anasının onu lənətlədiyini düşünürdü.
Pis şans
Cütklük qadının ailəsinin təzyiqlərindən xilas olmaq üçün Larianoya köçür, lakin pis şans onları burada da yaxalayır: 1930-cü ildə baş verən zəlzələdə evləri dağılır. Leonarda bundan sonra Korreggio qəsəbəsinə köçür və burada kiçik bir dükan açaraq öz incə davranışları ilə hər kəsin sevimlisinə çevrilir.
Caduların əsarətində
Eviliyi boyu 17 dəfə hamilə qalan qadın bir çox uşağını itirib, 4 övladı isə sağ qala bilib.
Sonrakı illərdə digər üç uşağını da itirən qadın yeganə övladını qorumaq üçün mistika və caduya üz tutur. Mistik inancların sərxoşluğu altında övladını qorumaq üçün 3 qurban verməyin lazım olduğuna inanır. Bu qurbanlardan sabun hazırlayıb oğlunu yumalı, qalanlarını da keks hazırlayıb ona yedirtməli idi.
“Keks qonaqlığı”
Leonarda 1939-cu ildə bu qorxunc ideyasını gerçəkləşdirdi, 3 qadını baltalayaraq öldürdü. Parçaları sodium hidroksid əlavə edərək bir çuxurda yoğuran qadın qadın daha sonra bunu qurudur. Quruyan parçaları üyüdərək un, şəkər, yumurta, şokolad və yağla birlikdə yoğuraraq keks hazırladı, çayın yanında həm oğluna, həm də evə gələn qonaqlara yedirtdi.
İnsan ətindən sabun
Sabunu isə öldürdüyü iki qadını qazanda əridib üzərinə spirt və odekolon tökərək hazırladı. Əldə etdiyi sabunla oğlunu yudu. Bundan sonra qonşusu tərəfindən polisə şikayət edilən qadın ömürlük azadlıqdan məhrum edildi. 1970-ci ildə həbsxanada vəfat edib.
Cinayətlərdə istifadə etdiyi qazan Roma Kriminologiya Muzeyində sərgilənir.