“İranla imzalanmış nüvə sazişi nöqsanlarla doludur və bu sazişdə İranın təhdidedici davranışlarının qarşısının alınması məsələsi unudulub”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.
ABŞ Dövlət katibi Mayk Pompeonun bundan əvvəl İran hakimiyyətinə qarşı irəli sürdüyü 12 şərtə toxunan Ortaqus qeyd edib:
“İrana qarşı maksimum təzyiq kampaniyasında məqsəd bu ölkəni danışıqlar masasına gətirməkdir. İranla imzalanmış nüvə sazişinə gəlincə, bu sazişdə çoxlu nöqsan və çatışmazlıqlar var. Belə ki, həmin sazişdə İranın təhdidlərinin qarşısının alınması yolları, o cümlədən onun ballistik raket proqramına toxunulmayıb.
Təəssüf ki, Amerika nüvə razılaşmasından çıxandan sonra İran nəinki öz qanunsuz hərəkətlərini məhdudlaşdırmayıb, əksinə daha aqresivləşib. Biz isə dəfələrlə İrandan istəmişik ki, öz qonşularına qarşı terrorçu əməllərindən əl çəksin və normal bir ölkə kimi rəftar etsin”.