9 Sentyabr 2019 14:31
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sibir” aviakompaniyasının yerinə yetirdiyi İrəvan-Moskva reysinin sərnişini əl çantasında bomba olduğunu bildirib. Həmin şəxs saxlanılıb, axtarış zamanı təyyarədə təhlükəli əşyalar tapılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 9-da “Sibir” aviakompaniyasının 908 nömrəli reysi ilə İrəvandan Moskvaya uçan təyyarədə sərnişinlərdən biri heç bir tələb irəli sürmədən əl çantasında bomba olduğunu bildirib”, – deyə komitənin “Feysbuk” səhifəsində yerləşdirilən mesajda deyilir.

Aviasiya təhlükəsizlik xidməti və polis çantasında bomba olduğunu deyən şəxsi təcrid edib. Onun əl çantası götürülüb, yükü nəzarət altına alınıb, sərnişinlər təyyarəni tərk edib.

Bundan sonra sərnişinlərin üzərinə şəxsi baxış keçirilib, onların əl yükləri, baqaj və təyyarənin bütün yüklərində axtarış aparılıb.

“Yoxlama nəticəsində daşınması qadağan olan əşyalar, materiallar və avadanlıqlar tapılmayıb. Sərnişin “Zvartnos” hava limanının polis şöbəsinə təhvil verilib. İstintaq davam edir, – deyə məlumatda bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər