Ukraynanın keçmiş prezidenti Petro Poroşenko çərşənbə axşamı Ali Radanın iclası ilə əlaqədar olaraq Dövlət Təhqiqat Bürosuna sorğu-suala gəlməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkil İqor Qolovan məlumat verib.
“Nədənsə Dövlət Təhqiqat Bürosu Ali Radanın plenar iclaslarının təqvimini nəzərə almır... Anlamalıdırlar ki, parlamentdə işləmək dindirilməyə gəlməməyə yaxşı bir səbəbdir”, – deyə o bildirib.
Qeyd edək ki, P.Poroşenko bundan əvvəl üç dəfə sorğu-sual üçün Dövlət Təhqiqat Bürosuna gəlməkdən imtina edib. İ.Qolovanın sözlərinə görə, eks-prezident Ali Radada işə başlaması, habelə çağırış vərəqinin qeyri-münasib vaxtda göndərilməsinə görə istintaqa gələ bilməyib.