10 Sentyabr 2019 21:44
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trumpın F-35 qırıcısı ilə bağlı problemi həll etmək üçün göstədiyi səylərdən xəbərdarıq. Biz də fikrimizdən dönməmişik. Türkiyə F-35-in müştərisi yox, ortağıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyənin rəsmi şəkildə F-35 proqramından çıxarıldığına dair sənəd və ya məktub yoxdur: "Bu məsələdə cənab Trumpın iradə ortaya qoyduğunu bilirik. F-35 proqramından imtina etməmişik. Türkiyəni proqramdan çıxarmaq o qədər asan da deyil. Ölkəmizin gələcəyi ilə bağlı narahatlığımız yoxdur. Sadəcə olaraq qüsurları aradan qaldırmaq üçün ortaq işbirliyi lazımdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər