İraq parlamentindəki təhlükəsizlik və müdafiə komissiyasının üzvü Əbdülxaliq əl-Əzzavi İsrailin Haşdi-Şabi radikal qruplaşmasına aid olan avtomobil və döyüş sursatlarına hava hücumlarına görə cavabdeh olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, İraqdakı bir yerli radioya danışan Əbdülxaliq əl-Əzzavi Haşdi-Şabi arsenalındakı partlayışların səbəbini araşdırmaq üçün komissiyaların işlərini bitirdiklərini də bildirib.
Partlayışların hava zərbələri nəticəsində meydana gəldiyini söyləyən deputat pilotsuz silahlı təyyarələrin 12 hava zərbəsi endirdiyini vurğulayıb:
“İraq hava məkanının qorunması və nəzarətinə cavabdeh olan ABŞ İraqa hücumların İsrailə bağlı olan pilotsuz silahlı təyyarələr tərəfindən edildiyini bildirib”
Məsələ ilə bağlı İraq, ABŞ və İsrail rəhbərliyi heç bir açıqlama verməyib.