11 Sentyabr 2019 15:20
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Polşada İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdən imtina etdiyinə görə İrəvana minnətdardır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvan Universitetindən çıxışı zamanı deyib.

Səfir çıxışında ruslar və erməniləri “qardaş” adlandırıb: “Ermənistan tərəfinə bu tədbirlərdə iştirak etməməsi ilə bağlı prinsipial mövqeyinə görə minnətdarıq”.

Kopırkin Moskvanın Ermənistanla strateji müttəfiqlik münasibətinin dəyişməz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan və Rusiya strateji tərəfdaşlar, müttəfiqlər, qardaş ölkələr və qardaş xalqlardır: “Anladığım qədər bu, Ermənistan rəhbərliyinə də uyğundur”.

Xatırladaq ki, avqustun 29-da Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Zohrab Mnatsakanyan Baş nazir Nikol Paşinyanın xarici səfərlər proqramı və daxili siyasət prioritetlərini əsas gətirərək, II Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Polşada keçiriləcək tədbirlərdə iştirak etməyəcəklərini açıqlamışdı.

Sentyabrın 1-də Polşada İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyi münasibətilə tədbirlər keçirilib. Polşa NATO, Avropa İttifaqı və Aİ-nin Şərq Tərəfdaşlığı proqramı üzrə tərəfdaşlarına dəvət göndərdiyi halda, Rusiya heyətinə dəvət göndərməyib. Rəsmi İrəvan bundan sonra açlama yayaraq tədbirdə iştirakdan imtina etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər