Məşhurların həyatlarında kənardan baxanda sanki işıqdan başqa bir şey görmürük, amma bəzilərinin həyatları faciələrlə doludur. Bəziləri bu parlaq pərdə arxasında xoşbəxt olmaq mübarizəsi apardığı halda, bəziləri də sevdiklərindən vaxtsız ayrılmanın yasını saxlayır.
Teleqraf.com sevdiyi insanları vaxsız itirmiş məşhurlar haqda məlumatları təqdim edir.
1. Mişel Uilyams
Aktrisa Mişel Uilyams aktyor Hit Ledcerlə 3 il eşq həyatı yaşadı. Cütlüyün bu münasibətdən bir qızları oldu. Lakin onların bu xoşbəxt həyatı Ledcerin 28 yaşında yüksək dozada ağrıkəsici dərman qəbul etməsilə başa çatdı.
2. Lea Mişel
Aktrisa Lea Mişellə aktyor Kori Monteyt 2 il bir yerdə yaşayıb. Bu münasibətə 2013-cü ildə Monteytin yüksək dozada narkotik qəbul etməsi nöqtə qoydu. Ölümündən sonra Lea müğənni Sia Furlerlə onun üçün “If You Say So” (“Sən elə deyirsən”) adlı mahnı yazdı.
3. Kianu Rivz
Aktyor Kianu Rivz sevgilisi Cenifer Saymı yeni doğulmuş övladlarının ölümündən 18 ay sonra itirdi. Hələ uşağını itirməyin üzüntüsünü yaşayan Rivz bu ağır xəbəri “Matriks” seriyasının ikinci filminin çəkilişi vaxtı almışdı.
4. Kortni Lav
Kortni Lav və Kurt Kobaynın 2 illik eşq macərası Kobaynın 1994-cü ildə intihar etməsi ilə sonlandı. Cütlüyün Bin Kobayn adlı bir qız uşaqları var.
5. Pirs Brosnan
Aktyor Pirs Brosnan 17 illik həyat yoldaşı Kassandra Harrisi xərçəngdən itirəndə 38 yaşındaydı. Brosnan Harris ilə evliliyindən olan oğullarını və əvvəlki evliliyindən olan iki övladı Şarlotta və Kristoperi 10 il ərzində təkbaşına böyütdü. Brosnan Harrisi itirdikdən 10 il sonra evləndi.
6. Loren Bekoll
Aktrisa Loren Bekoll 1945-ci ildə həyat yoldaşından 11 gün əvvəl boşanmış Hamfri Boqartla evləndi. Boqart evliliklərinin 12-ci ilinədə qırtlaq xərçəngindən ölənədək Hollivudun ən xoşbəxt qadını hesab olunurdu. Lakin Bekoll Boqartın ölümündən 4 il sonra yenidən evləndi.
7. Petton Osvalt
Aktyor Petton Osvaltın həyat yoldaşı Mişel Maknamara 2016-cı ildə yuxuda ölərkən 45 yaşındaydı. Bu evlilikdən cütlüyün 7 yaşında bir qızları vardı. 46 yaşında ölən detektiv yazıçı Maknamaranın ölüm səbəbi bəlli olmadı.
8. Elizabet Teylor
Aktrisa Elizabet Teylor üçüncü həyat yoldaşı Mayk Toddu evlilikdən 1 il sonra təyyarə qəzasında itirdi.
9. Koretta Skott Kinq
Koretta Skott Kinqin həyat yoldaşı, insan haqları müdafiəçisi Martin Lüter Kinq 1968-ci ildə 39 yaşında sui-qəsdlə öldürüldü. Cütlük 15 ildir evli idi və bu evlilikdən 4 uşaqları vardı.
10. Cim Kerri
Aktyor Cim Kerri ilə Katriona Uayt ilk dəfə 2012-ci ildə bir yerdə olsa da, qısa vaxtdan sonra ayrıldılar. 2015-ci ildə yenidən bir araya gələn cütlük az sonra yenə ayrıldı. Lakin bu, son və əbədi ayrılıq idi, bu ayrılıqdan az sonra Uayt intihar edərək həyatına son qoydu.
11. Jaklin Kennedi
Jaklinin həyat yoldaşı Con Kennedi ABŞ-ın 35-ci prezidenti idi. Con Kennedi 1963-cü ildə Dallasa səfəri əsnasında avtomobilə minərkən Jaklinin yanında qətlə yetirildi. O, bundan sonra yunan iş adamı Aristotl Onassislə evləndi.
12. Henri Fonda
Henri Fondanın ikinci həyat yoldaşı Frensis Ford Seymur 1950-ci ildə intihar etdi. 13 illik evlilikdən sonra Henri Fondanın boşanmaq istəməsindən sonra psixiatriya xəstəxanasında yatan 42 yaşlı Frensis doğum günündə öz boğazını kəsərək həyatına son qoydu. Bundan sonra Anri Fonda 3 dəfə evləndi.
13. Liam Nisson
Aktyor Liam Nissonun həyat yoldaşı, aktrisa Nataşa Riçardson 2009-cu ildə xizəklə sürüşərkən yıxılaraq başından yaralandı. Lakin həkimlər həyati təhlükənin olmadığını dedi. Həmin gecə başının ağrımasından şikayət etdi, amma xəstəxanaya çatanda artıq gec idi. Nataşa beyninə qan sızması nəticəsində ölmüşdü.
14. Con Travolta
Aktyor Con Travolta da həyat yoldaşını xərçəng səbəbindən itirən məşhurlardandır. Diana Haylendlə tanış olduqdan sadəcə 1 il sonra ortaya çıxan xərçəng 1977-ci ildə Haylendin həyatına son qoydu. Bu hadisədən keçən 15 il ərzində Con Travolta heç kəslə bərabər olmadı.