11 Sentyabr 2019 19:14
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Youtube” videohostinqində ABŞ-da bir yaquar və bir alliqator arasında baş vermiş ölümcül döyüşün videosu yayılıb.

Teleqraf.com xəbər verir ki, videoda yaquarın sürünənə hücum etmək üçün ağacın budağına çıxıb əlverişli anı gözlədiyi görünür. O, qəfildən çaya hücum edir, yırtıcılar suda mübarizə aparırlar. Daha sonra yaquarın məğlub düşmənini dişində daşıyaraq sahilə çıxdığı görünür.

Kadrların Nyu Meksiko ştatının Pantanal qoruğunda təsadüfən şahid tərəfindən çəkildiyi qeyd olunur.


Müəllif: Səxavət