Baham adalarında “Dorian” qasırğasından sonra 2,5 min insan itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyi hələ də 2 min 500 nəfərdən xəbər ala bilmədiklərini bəyan edib.
Bəzi şəxslərin sığınacaqlara yerləşdirildiyi güman edildiyindən son dəqiqləşmədən sonra itkin düşənlərin sayının azalacağı ehtimal olunur.
Qeyd edək ki, qasırğa sentyabrın 1-də ciddi fəsad yaradıb. BMT 70 min nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.