12 Sentyabr 2019 21:58
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəməsi Səudiyyə Kralı Salman bin Əbdüləziz əs-Səudun qızı Hassa bin Salman barədə həbs qərarı çıxarıb.

Teleqraf.com xəbər verir ki, Kralın qızı Parisdəki lüks villasında işləyən santexniki mühafizəçisinə döydürərək ayağından öpməyə məcbur edib.

Əşrəf Eyd adlı işçinin əllərini bağlayaraq çoxsaylı zərbələr endirən cangüdən Səidi Rani haqda 6 ay şərti həbs və 5 min avro pul cəzası kəsilsə də qərarın icrasından yayınıb.

Kralın qızı fransız vəkili vasitəsilə ittihamı rədd edib. Barəsində beynəlxalq həbs qərarı olan Hassa bin Salman Fransadakı məhkəmə prosesinə qatılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər