14 Sentyabr 2019 00:45
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyters"ə müsahibəsində ABŞ-ı sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, F-35 qırıcısı ilə bağlı yaşanan gərginliyə toxunan Ərdoğan Birləşmiş Ştatları terrorçulara yardım eməkdə suçlayıb.

"PYD/YPG PKK-nın bir qoludur. Bunu Qərbə sübut etsək də, buna inanmırlar. Daha nəyi izah edəcəyik? Bizim dediklərimizə inanmırlar, terror təşkilatının sözü ilə hərəkət edirlər. ABŞ sərhədə on minlərlə TIR silah-sursat gətirdi. Biz necə müttəfiqik? Teror təşkilatları bizə hücum edir, ABŞ isə onlara silah yardımı edir. NATO-da ABŞ-la müttəfiqik, bizə pulla satmadıqları silahları terrorçulara pulsuz verirlər", - deyə Ərdoğan söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər