14 Sentyabr 2019 19:54
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Təhsil və elm naziri Anna Novosad Rusiyanın Ukraynanın dostu olduğu yazılan dərsliklərə dəyişiklik edilməsinin lazım olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, onun fikrincə, “Avromaydan” hadisələri və Donbasdakı münaqişə “cəmiyyətin siyasi şüurunu” dəyişdirdi. Novosad, bunun Ukrayna məktəblərinin proqramlarında və dərsliklərdə əks olunmasının lazım olduğunu söyləyib.

“Mən bunun çox sadə olduğunu deyə bilmərəm. Artıq bu hadisələrdən beş il keçir, ancaq bir çox dərsliklərdə Rusiyanın Ukraynanın dostu olduğu yazılır”, – deyə RİA-Novosti nazirin sözlərindən sitat gətirir.

O əlavə edib ki, məktəb dərsliklərinə bir çox dəyişiklik edilməlidir, amma bundan əvvəl “bu və ya digər hadisələri necə başa düşdüyümüzə dair cəmiyyətdə razılığa gəlməliyik”.

Aprel ayında Ukraynanın Təhsil Nazirliyi dərsliklərdə Kiyevin Avropa İttifaqı və NATO kursu mövzusunun yer alacağını bəyan etmişdi.


Müəllif: Səxavət