İran İslam İnqilabından sonra İran ilk dəfə olaraq regionun iki ən böyük dövləti ilə birlikdə hərbi təlimlər keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər idarəsinin rəisi Qədir Nizami məlumat verib.
O bildirib ki, yaxın gələcəkdə İran Çin və Rusiya ilə birlikdə Hind okeanı və Oman dənizində birgə hərbi təlimlər keçirəcək.
Qədir Nizaminin sözlərinə görə, gələn həftə bir neçə region dövlətinin müdafiə nazirləri Tehranda görüşəcəklər. Digər qonşu dövlətlər də üçtərəfli təlimdə iştirak edə bilərlər.
Xatırladaq ki, adı çəkilən dövlətlər birgə hərbi təlim keçirmək razılığına, ABŞ-ın Yaxın Şərqdə hərbi kontingentinin sayını artırmaq qərarından sonra gəliblər.