Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) 2023-cü il il prezident seçkisində keçmiş prezident Abdullah Gülün namizədliyini dəstəkləyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə türk politoloq Abdulkadir Selvi məlumat verib.
Politoloq CHP lideri Kamal Kılıçdaroğlunun qarşıdakı seçkidə namizədliyini dəstəkləmək üçün Abdullah Gülə vəd verdiyini iddia edib. Lakin bu iddianın müzakirəyə çıxarılmasından sonra Selviyə zəng edən Kılçdaroğlu bunu təkzib edib:
“Kılçdaroğluna sual verdim ki, Gülə namizədlik sözü verdiyi deyilir. O isə bunun yalan olduğunu dedi. CHP lideri hələlik prezident seçkisinin müzakirə olunmadığını və kimin namizədliyi ilə prosesə qatılacaqlarının müəyyən edilmədiyini bildirdi”.
Abdulkadir Selvi CHP-nin 2023-cü il seçkisinə İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun namizədliyi ilə gedəcəyi barədə yayılmış məlumatlara da aydınlıq gətirib:
“Kılçdaroğlu mənə dedi ki, bu barədə nə Gülə, nə də İmamoğluna söz vermişik”.