26 Sentyabr 2019 14:35
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada böhran yarandığı 2014-cü ildən indiyədək Almaniya hökuməti bu ölkəyə 1,4 milyard avro ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, yalnız Ukraynanın inkişafını təşviq etmək üçün əməkdaşlıq çərçivəsində Berlin 2014-cü ildən bəri 544 milyon avro xərcləyib. Daha 110 milyon avro humanitar yardım olaraq ayrılıb. Bundan əlavə Kiyev 500 milyon avro maliyyə krediti borcu alıb, 25 milyon avro ölkədə vəziyyətin sabitləşdirilməsi tədbirlərinə xərcləyib.

Təxminən 200 milyon avroya yaxın isə Avropa İttifaqı kanalları vasitəsilə Ukraynaya köçürülüb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirir ki, Almaniya göstərdiyi yardımın həcminə görə Avropa İttifaqı və ABŞ-dan sonra Ukraynanın donorları arasında üçüncü yeri tutur.


Müəllif: Səxavət

Oxşar xəbərlər