Türkiyənin məşhur din xadimi Nihat Hatipoğlunun ATV telekanalında “Dosta doğru” verilişlərdə etdiyi zəlzələ duası sosial mediada geniş müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, dünən İstanbulda 5,8 bal gücündə baş verən zəlzələnin təlaşa səbəb olduğunu deyən ilahiyyatçı zəlzələdən qorunma duası edib.
Hatipoğlunun duasının görüntüləri sosial şəbəkələrdə rekord sayda baxılıb və izləyicilər tərəfindən təqdir edilib.