ABŞ Prezidenti Donald Tramp “Tvitter”də keçmiş vitse-prezident Cozef Bayden və ABŞ Demokrat Partiyasını tənqid edən video yayımlayıb.
“Mən bu bataqlığı qurudacağam” başlıqlı video Baydenin oğlunun şirkətinin fəaliyyətini araşdıran keçmiş Ukrayna baş prokurorunun işdən çıxarılması ilə bağlı qalmaqala aiddir.
“Co Bayden oğlunun işini araşdıran baş prokurorun vəzifəsindən azad edilməsi üçün Ukraynaya bir milyard dollar vəd etdi. Ancaq Tramp Ukraynadan korrupsiyaya görə araşdırılma aparılmasını istəyəndə demokratlar impiçment proseduru başlatmaq qərarına gəldilər”, – deyə videonu müşayiət edən səs bildirir.
Videoda C.Baydenin Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Arsen Yatsenyuk ilə görüşlərindən görüntülər yer alıb.