Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yaxın aylarda vətəninə qayıtmağa hazırlaşdığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Mtavari Arkhi” telekanalının efirində bildirib.
M.Saakaşvili qeyd edib ki, onun Gürcüstana qayıdışında məqsəd dövlətçiliyi bərpa etməkdir: “Mən yaxın aylarda Gürcüstana qayıtmağı planlaşdırıram. Burada gizli bir şey yoxdur. Düzdür, Ukraynada da özümü yaxşı hiss edirəm, ancaq vətənini itirəndə...”
Qeyd edək ki, M.Saakaşvili iyun ayında da bir və ya üç aydan sonra Gürcüstana qayıtmaq niyyətindən danışmışdı.
Eks-prezidentin bəyanatını “Russia Today”a şərh edən Strateji Kommunikasiya Mərkəzinin prezidenti Dmitri Abzalov bunun M.Saakaşvilinin Gürcüstana qayıtmaq üçün ilk cəhdi olmadığını və “cinayət xarakterli məhdudiyyətlər səbəbindən” onun orada siyasi fəaliyyətlə məşğul ola bilməyəcəyini deyib.