10 Oktyabr 2019 17:46
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Zohrab Mnatsakanyan iki ölkə liderləri arasındakı razılaşmaların yerinə yetirilməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, görüş Aşqabadda Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirliyi Şurasının iclası çərçivəsində baş tutub.

“Biz bu gün Aşqabadda MDB Nazirlər Şurası çərçivəsində ikitərəfli görüş keçirmək və liderlərimizin – Rusiya Prezidenti ilə Ermənistanın Baş nazirinin razılaşmalarını necə həyata keçirdiyimizə baxmaq üçün yaxşı fürsət əldə etmişik”, – deyə “RİA Novosti” Lavrovdan sitat gətirir.

O qeyd edib ki, iki ölkənin hakimiyyəti arasında intensiv dialoq davam edir.


Müəllif: Səxavət