19 Oktyabr 2019 00:53
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniyada məktəbdə ən azı 39 uşağı ildırım vurub.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün Qeyta dairəsində baş verib. İbtidai məktəbin dördüncü sinif şagirdləri binaya ildırım vuranda sinif otağında olmuşlar. Yerli həkimlərin nümayəndəsi Josefat Simeo, yaralı uşaqların xəstəxanalara aparıldığını söyləyib.

Hazırda 36 şagird müalicə alaraq xəstəxanadan evə buraxılıb.


Müəllif: Teleqraf.com